Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Baxış: 251

Sentyabrın 12-də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Həştərxan vilayəti qubernatorunun vəzifə səlahiyyətlərinə başlaması münasibətilə keçirilmiş təntənəli mərasimdə iştirak edib. 

 Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev, Azərbaycan nümayəndə heyətinin üzvləri və yerli diasporun nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Həştərxan şəhərində ucaldılmış abidəsini ziyarət ediblər. Onlar abidənin önünə tər güllər düzərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Daha sonra azərbaycanlı qonaqlar Həştərxan vilayəti qubernatorunun Həştərxan Opera və Balet Teatrında keçirilən andiçmə mərasimində iştirak ediblər. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Azərbaycan Respublikası adından təbriklərini çatdırıb və növbəti 5 il ərzində Azərbaycan-Həştərxan arasında müxtəlif sahələr üzrə mövcud strateji əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.