Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son bir il ərzində 16 beynəlxalq tədbir təşkil edib

Baxış: 437

Son bir neçə ayda paytaxt Bakı müstəmləkəçilikdən əziyyət çəkən xalqların və ölkələrin azadlıq mübarizəsi ilə bağlı beynəlxalq konfranslara ev sahibliyi edir. Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən, əzilən xalqların azadlıq uğrunda mübarizələrinə dəstək verir.

 Bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov sentyabrın 3-də Bakıda keçirilən “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransda söyləyib.

A.Abbasov Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Qəmər adları və Mayot adasının tarixindən, azadlıq mübarizəsindən danışıb, bəzi statistik rəqəmləri səsləndirib. 

Diqqətə çatdırılıb ki, Bakı Təşəbbüs Qrupu Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ-nun təşkilatçılığı ilə son 1 il ərzində 16 beynəlxalq tədbir keçirilib. 

İcraçı direktor bu konfransın Mayot adasının azadlıq mübarizəsinə də dəstək verəcəyindən əminliyini ifadə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.