18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov etimadnaməsini Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təqdim edib.
Bu barədə Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təqdimat zamanı dövlətimizin başçısının salamları Pol Kaqameyə çatdırılıb və Ruanda Prezidenti də öz salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Söhbət əsnasında ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin mövcudluğu, hər iki ölkədə müxtəlif etnik qruplara, dinə və adət-ənənəyə malik xalqların yaşadığı və bu amilin bizi daha da zənginləşdirdiyi, gücləndirdiyi, cari ildə Azərbaycan ilə Ruanda arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünün qeyd olunduğu vurğulanıb.
Ruanda Prezidenti ölkəmizlə daha güclü münasibətlərə malik olmaq istəyini bildirməklə yanaşı, daha öncə Azərbaycana səfər etdiyini və noyabr ayında Bakı şəhərində keçiriləcək COP29 tədbirinə diqqət çəkərək ölkəmizə yenidən gəlmək niyyətini ifadə edib.
Həmin gün Ruanda Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Nduhungirehe ilə də görüş keçirilib. Görüşdə qarşı tərəfə regionumuzda ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yeni reallıq yaratdığı, işğaldan azad edilmiş torpaqlarımızda aparılan irimiqyaslı quruculuq işləri, Ermənistanla normallaşma prosesinin gedişi və bəzi qüvvələrin buna mənfi təsir göstərmək istədikləri barədə ətraflı məlumat verilib, beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq müzakirə olunub.
Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bölməyə aid digər xəbərlər