22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Torpaqlarımız işğal olunandan bəri Azərbaycanın bütün daxili potensialı və beynəlxalq səyləri, ilk növbədə, Qarabağın işğaldan azad edilməsinə yönəlmişdi. Bu məsələ xarici siyasətimizin prioritet istiqaməti idi. Hələ 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə İlham Əliyev xalqımızın yüksək etimadını doğruldacağı vədini vermişdi. Ötən dövr praktiki faktlarla sübut etdi ki, vədlər sözdə qalmadı.
Bu fikirləri açıqlamasında politoloq Şəbnəm Həsənova səsləndirib.
Politoloq bildirib ki, Azərbaycan Qarabağ problemini aradan qaldırdıqdan və ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkənin beynəlxalq aləmdə mövqelərini ciddi şəkildə gücləndirməyə başlayıb. Bu il fevralın 7-də keçirilən seçkilər nəticəsində növbəti dəfə Prezident seçilən dövlətimizin başçısı andiçmə mərasimində növbəti illər üçün daxili və xarici siyasətimizin prioritet istiqamətlərini açıqladı. Qürurverici məqam o idi ki, dövlətimizin başçısı əldə edilmiş bütün nailiyyətlərin mənbəyini Azərbaycan xalqında, xalqın Prezidentə göstərdiyi inamda, vahid amal ətrafında birləşmə bacarığında gördü. Şübhəsiz ki, bu, saysız-hesabsız nailiyyətlər əldə etmiş, dünyada nüfuzlu Lider kimi tanınan böyük şəxsiyyətin təvazökar yanaşmasının ən bariz nümunəsidir.
“Xarici siyasətimiz çoxtərəfli, bir o qədər də dinamikdir. Qərəzli media qurumları bu dinamikliyin tormozlandığı barədə hər nə qədər yalan-yanlış təsəvvürlər formalaşdırmağa çalışsalar da, Azərbaycanın Çin, Rusiya, Mərkəzi Asiya, Avropa İttifaqı, ABŞ-la münasibətləri ikitərəfli qaydada deyil, çoxtərəfli istiqamətdə yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə görüşündə iştirakı, keçirilən görüşlər Azərbaycanın və onun Liderinin nüfuzunun göstəricisidir. Buna isə birdən-birə nail olunmayıb. Azərbaycanın 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin ölkəmizin Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməsi, dünya birliyinin COP29-un Bakıda keçirilməsi barədə qərar qəbul etməsi ən başlıca faktlardan olsa da, bu siyahını saysız-hesabsız hadisələrlə uzatmaq olar. Dövlətimizin başçısının səfərlər trayektoriyası, iş qrafiki, ən mötəbər tədbirlərə dəvət olunması, sadəcə, regionu deyil, bütün dünyanı narahat edən məsələlərlə bağlı Prezidentimizin fikirlərinin nəzərə alınması, həll yollarının axtarılması ilə bağlı ona müraciət edilməsi hətta ədalətsiz tənqidi yanaşmalara belə ən tutarlı cavabdır. Heç nə yox, Qarabağımızın incisi Şuşanın müxtəlif adlarla düşmənin adına yamamağa çalışan kəslərin əksinə, onun diplomatiya mərkəzinə çevrilərək önəmli tədbirlərə ev sahibliyi etməsi faktı, eyni zamanda, düşmən dəyirmanına su tökənlərin də geriçəkilmə səbəbi olmalıdır”, - deyə Ş.Həsənova əlavə edib.
Politoloq bildirib ki, Azərbaycanın xarici siyasəti daim hərəkətdədir. Önəmli məqam odur ki, dövlətimizin başçısı xarici siyasətdə uğur və uğursuzluqla bağlı biliklərə malikdir. O, mahir diplomat kimi xarici siyasəti və onun təhlili sahəsini düzgün müəyyən edir, alternativ siyasi variantların müqayisəsini asanlaşdırmaq üçün ümumi konsepsiyalar toplusuna və analitik çərçivələrə əsaslanır, bütün bu nəzəri məsələləri isə empirik olaraq icra edir. Bu gün bir çox dövlətlərin realizə etdiyi xarici siyasət sahəsində nəinki ümumi razılıq yoxdur, hətta uğur dedikdə nəyin nəzərdə tutulduğuna dair ümumi bir anlayış belə mövcud deyil. Çünki bu cəmiyyətlər ksenofob meyillərlə, revanşist düşüncələrlə doludur. Sözdə demokratik, tolerant olsalar da, fərqli düşüncəni qəbul etmək meylinin kökündə belə cəmiyyətimizə yad olan fərqliliklərini yamamaq meyli dayanır. Azərbaycan xarici siyasətinin hansı məqsəd və hədəflərə xidmət etdiyini bilir, bu siyasət “nəyin bahasına və nə ilə müqayisədə nə dərəcədə effektiv çatmaq olar?” suallarına cavabdır.
Cənubi Qafqazda regional lider rolunu öz üzərinə götürmək üçün Azərbaycanın hər cür səbəbi mövcuddur və ölkəmiz buna nail olub. Azərbaycan qədim dövlətçilik ənənəsinə, idarəçilik aparatına malikdir. Hər şeyin fövqündə duran məsələ onun əlverişli coğrafi mövqeyidir. Dövlətimiz nəhəng infrastruktur layihələri icra edir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməyimiz nəinki bizə siyasi və iqtisadi dividendlər verir, hətta Azərbaycan uzlaşmaz aktorlar arasında körpü rolunu oynayır. Ölkəmiz həm də Çin-Avropa-Çin marşrutunda mühüm halqadır. Azərbaycan diplomatiyasının prioritet istiqamətlərindən biri də coğrafi baxımdan yaxın dövlətlərlə, ilk növbədə, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsidir. Bəli, çoxtərəfli xarici siyasət, regional aktorlarla sıfır problem yanaşması əsasdır. Xarici siyasətimizin yeni istiqaməti Türk dünyasına yönəlib. Qarabağ problemini həll etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri nəzərəçarpacaq dərəcədə artır. 2021-2024-cü illərdə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfər edib, onların rəhbərlərini də Bakıda qəbul edib. Xüsusi vurğulanmalı məqamlardan biri odur ki, dövlətimizin başçısı 2023-cü ilin sentyabrında Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının beşinci Məşvərət Görüşünə Mərkəzi Asiya regionundan kənar fəxri qonaq kimi dəvət edilən ilk dövlət başçısı oldu. Bu məqamda Azərbaycan Prezidentinin Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirakını da vurğulamaya bilmərik. Bu Zirvə toplantısı çərçivəsində qəbul edilən iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” də xüsusilə toxunulmalı məqamdır. Nəzərə almalıyıq ki, Çində inkişaf etdirilən nəqliyyat arteriyaları sistemi həm də bu ölkənin mallarının quru yolu ilə - Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Belə olan halda, təbii ki, bu yolun üstündə yerləşən Azərbaycan nəinki etibarlı, həm də perspektivli tərəfdaş statusunu qoruyub saxlayır.
İldə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü Prezident İlham Əliyevin bu məsələyə nə qədər önəm verdiyini, eyni zamanda, bu sahədə də Lider statusuna malik olduğunu göstərir. Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələr Qarabağın bərpasına töhfə verir. Bundan əlavə, Azərbaycan-Türkiyə-Pakistan birliyi daha da möhkəmlənir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur.
“Azərbaycan yeni dünya düzənində özünün dayanıqlı mövqeyini təmin etmək istiqamətində qətiyyətli addımlar atır. Əsas məsələlərdən biri ondan ibarətdir ki, regionda dağıdıcı amallara xidmət edən istənilən qlobal gücün dominant təsirinin qarşısını alır”, - deyə politoloq fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər