Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir

Baxış: 45
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə  hərbi qarşıdurmadan daha pisdir


İrana qarşı əsas resursların təchizatını pozmaq və ictimai narazılıq yaratmaq məqsədi daşıyan "mürəkkəb iqtisadi müharibə" aparılır.

“Tasnim” xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Müdafiə Nazirliyi ilə Energetika Nazirliyi arasında əməkdaşlıq mövzusunda keçirilən görüşdə deyib.
Pezeşkian iqtisadi təzyiqin müasir formalarının birbaşa hərbi qarşıdurmadan daha mürəkkəb olduğunu vurğulayıb.

Prezidentin sözlərinə görə, xarici qüvvələr əhalinin su, elektrik enerjisi, qaz və digər həyati əhəmiyyətli resurslarla sabit təchizatını pozmağa çalışırlar.

Pezeşkian qeyd edib ki, bu cür hərəkətlərlə sosial narazılıq yaratmaq və dövlət idarəçiliyinə etimadı sarsıtmaq məqsədi daşıyır.

O, həmçinin bildirib ki, istehlakın idarə edilməsi və səmərəliliyin artırılması iqtisadi təhlükəsizliyin və dövlətin dayanıqlığının əsas elementlərinə çevrilir.
Pezeşkian onu da əlavə edib ki, heç bir xarici qüvvə ölkənin real imkanlarını məhdudlaşdıra bilməz, əgər bu cür məhdudiyyətlər üçün daxili şərait yaratmasa.

“Məhdudiyyətləri aradan qaldırmaq üçün yanaşmada dəyişiklik, öz imkanlarına inamı gücləndirmək və bütün milli resursları səfərbər etmək lazımdır”, - o vurğualyıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.