Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan: "Azərbaycanla Ermənistanın qısa zamanda hərtərəfli sülh sazişi imzalaması mümkündür"

Baxış: 209



"Azərbaycan və Ermənistan arasında qısa zamanda hərtərəfli sülh sazişi imzalamaq mümkündür".
"Sahibkartv.az" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.
"Biz Türkiyə olaraq, Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən gərginlik bu gözəl iqlimə kölgə salsa da, biz hesab edirik ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh sazişi imzalamaq mümkündür. Biz azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq", - o deyib.
Ərdoğan vurğulayıb ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açıb: "Türkiyə olaraq, çox mühüm addımlar atdıq. Bölgədə ölkəmizlə də sıx bağlı olan nəqliyyat əlaqələrinin açılması region ölkələri üçün mühüm inkişaf olacaq".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.