Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19-la bağlı ölən olmayıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9 818 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 811, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 848, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 594, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 565 nəfərdir.



































