Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6854 vaksinvurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 750, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 391, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 368 nəfərdir.

































