Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1029 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 095 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 281, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1548 , 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 19 049, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 217 nəfərdir.






































