Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gənc Qan Donorlarının III Ümumrespublika Forumu keçiriləcək

Baxış: 218
Qan Donorları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun maliyyə yardımı eyni zamanda “Fairmont Baku” Hotel və Mərkəzi Qan Bankının dəstəyi ilə 5, 6, 7 aprel 2022-ci il tarixlərində respublikada qan donorluğunun inkişafına dəstək məqsədi ilə III Gənc Qan Donorlarının Ümumrespublika Forumu keçiriləcəkdir. 
Forumun məqsədi respublikada qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir. 
Üç gün davam edəcək layihədə, iştirakçı qismində ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 35 nəfər gənc iştirak edəcəkdir. Layihənin rəsmi açılış mərasimi “Fairmont Baku” Hoteldə 6 aprel 2022-ci il tarixində baş tutacaqdır. Layihədə iştirak etmək istəyən gənclər aşağıda qeyd olunmuş linkdən qeydiyyatdan keçmələri xahiş olunur. 
https://docs.google.com/forms/d/e/1FAIpQLSd1-VlKJBp73wXz_TiQEV2cnFMS5hBbRcuQd_noga_r6FdN0A/viewform
Əlavə suallar yaranarsa:
Mob (+99455) 4092726, E-mail : [email protected]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.