Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yüksək təzyiqdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ

Baxış: 81
Yüksək təzyiqdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ




Qurban bayramında süfrələrin əsas bəzəyi olan ət yeməkləri bir çox insan tərəfindən bol şəkildə istehlak edilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə yüksək təzyiqdən əziyyət çəkən şəxslər bayram günlərində qidalanmalarına daha ciddi nəzarət etməlidirlər.

Bəs hipertoniya xəstələri Qurban bayramında necə qidalanmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, hipertoniya xəstələri bayram günlərində qidalanmalarına daha diqqətlə yanaşmalıdırlar:

“Qoyun əti digər ət növləri ilə müqayisədə daha yağlı olduğuna görə, onun qəbulunda ölçüyə diqqət edilməlidir. Ətin yanında mütləq antioksidant tərkibli qidalar olmalıdır. Limon, tərəvəzlər və göyərtilər qidalanmanı daha balanslı edir. Həm hipertoniya xəstələri, həm də sağlam insanlar ət məhsullarını normadan artıq istehlak etməməlidirlər”.

Həkim qeyd edib ki, yüksək təzyiq problemi olan şəxslərə xüsusilə az miqdarda qırmızı ət yemək, daha çox lifli qidalara üstünlük vermək tövsiyə olunur.

Onun sözlərinə görə, tərəvəz, göyərti və digər yüngül qidalar həzm sistemini qorumaqla yanaşı, təzyiqin stabil qalmasına da kömək edir.

Mütəxəssis bayram günlərində yağlı və ağır yeməklərlə yanaşı, bol su qəbulunu və fiziki aktivliyi də vacib hesab edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.