Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

Baxış: 233
“Düşünürəm ki, kütləvi vaksinasiya bizim məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək”.
Sahibkartv.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, ilkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib:
“Bizim 50 yaşdan yuxarı təxminən 20-minə yaxın pedaqoji və texniki işçimiz var ki, onlar vaksinasiya prosesindən keçəcəklər”.
İdarə müdiri əlavə edib ki, Bakı şəhəri üzrə beş məktəb məntəqə kimi təyin edilib:
“Məqsəd məktəblərin tədris prosesindən ayrılmadan peyvənd olmasına şərait yaratmaqdır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.