16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
Paytaxtın Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev ilk günlərdən koronavirus pandemiyasına qarşı mübarizədə fəal iştirak edir.
O, ölkədə 18 yanvarda mərhələli kütləvi vaksinasiyanın başlanması ilə ilk peyvənd vurulanlardan biri olub.
“Pandemiya ilə mübarizə apardığımız bu il ərzində başa düşdük ki, buna son qoymağın yeganə metodu var - o da peyvənddir. İndi bizim belə bir imkanımız yaranıb”, - deyə, Natiq Əliyev Media.Az-a müsahibəsində bildirib.
Ancaq o deyir ki, insanların böyük marağını görmək istəyir:
“Peyvənd olunanlar nə qədər çox olsa, pandemiyanın sona çatmasına gətirib çıxaracaq nəticələr bir o qədər uğurlu olacaq. Kütləvi peyvəndləmə kollektiv immunitetin formalaşmasının açarıdır”.
Peyvənddən sonra sağlamlıq vəziyyətindən danışan Natiq Əliyev deyib ki, peyvəndin ilk dozasının tətbiqindən iki həftə keçib və onun səhhəti ilə bağlı heç bir şikayəti yoxdur.
“Ümumilikdə, COVID-19 peyvəndi də daxil olmaqla dünyada peyvəndlərə qarşı allergik reaksiya görülmə sıxlığı 1 %-dir. Bu kiçik bir rəqəmdir və vaksinasiyanı qəbul etməmək üçün səbəb deyil. Skeptiklər peyvəndin koronavirusdan yüz faiz qorumadığına inanırlar. Hətta adi qrip peyvəndinə belə 100% zəmanət verilmir. 80-90 % də olduqca yüksək göstəricidir. Bu, bütün insanların xilas olacağı deməkdir. Bundan əlavə, peyvənd edildikdən sonra insanlar ya xəstəliyi yüngül, ya da ümumiyyətlə asimptomatik keçirəcəklər”, - N.Əliyev qeyd edib.
Həkim əmindir ki, peyvənddən imtina etmək koronavirusun yayılması üçün şərait yaradır:
“Kütləvi immunitet yaratmaq üçün peyvənd edilməlisiniz, əks halda hamı xəstələnməli olacaq. Peyvəndin təsirinin bir il davam edəcəyi gözlənilir. Bu vəziyyətdə peyvəndləmə qripdəki kimi hər il keçiriləcək.
Təəssüf ki, bir çox vətəndaşımız koronavirusun varlığına yalnız dostlarını və ya qohumlarını itirdikdən sonra inanıb. Buna görə bütün soydaşlarımızı koronavirusun yayılmasını dayandırmaq, yaxınlarımızın, doğmalarımızın həyatını itirməsinə imkan verməmək üçün vaksinasiyaya çağırıram”.
Bölməyə aid digər xəbərlər