20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi regionların və kənd yerlərinin inkişafı ilə bağlı 8 layihə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nın Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas “Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfatı təşəbbüsləri” layihəsinin nəticələrinə həsr olunmuş onlayn brifinqdə deyib.
Bu layihələrin regionların inkişafına, eyni zamanda, kənd təsərrüfatına dəstək məqsədi daşıdığını vurğulayan nümayəndəliyin rəhbəri deyib: “Biz inanırıq ki, vətəndaş cəmiyyətinin inkişafı ilə həqiqi inkişafa nail olmaq mümkündür. Layihələrimizin məqsədi regionların inkişafına dəstək vermək, gənc nəslin təhsilinə şərait yaratmaqdır”.
Azərbaycan hökuməti ilə növbəti 2 illik proqramın razılaşdırıldığını və artıq maliyyə vəsaitinin də ayrıldığını diqqətə çatdıran K.Yankauskas bildirib ki, bu proqramda əsas diqqət pandemiyanın sosial-iqtisadi sahələrə mənfi təsirlərinin aradan qaldırılmasına yönəlib.
“Azərbaycanla bağlı Aİ-nin maliyyə alətlərinin mövcudluğunu nəzərə alaraq növbəti 5-7 il üçün prioritetlər müəyyən ediləcək. Görülən işlərin sahəsi genişdir. Biz vətəndaş cəmiyyəti layihələri üzərində işləyəcəyik. Regionların inkişafı ilə bağlı işlərimizi davam etdirib uğur qazanacağıq. Bu Azərbaycanın digər əraziləri üçün də yaxşı bir nümunə olacaq. Bu uğurları çoxaltmaqla insanları belə layihələrə təşəbbüs etmələrinə inandırmaq lazımdır. Görülən və gələcəkdə baş tutacaq layihələrlə bağlı fevralın ortasında yeni veb-səhifənin təqdimatını keçirəcəyik, oradakı xəritə bütün Azərbaycan ərazisini əhatə edəcək”, - deyə o əlavə edib.
Bölməyə aid digər xəbərlər