Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda karantinin sərtləşdirilməsinin nə vaxtadək davam edəcəyi açıqlandı - RƏSMİ

Baxış: 261
“Koronavirusla bağlı sərtləşdirmələr yoluxma sayı aşağı düşənədək davam edəcək”.
Əldə etdiyimiz məlumata görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, dünyada peyvəndlə bağlı proseslər izlənilir:
“Bu barədə danışıqlar aparırıq. Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər böyük vaxt lazımdır. Məhz buna görə də COVID-19-a qarşı peyvəndin hazırlanması uzun vaxt alır. Bu müddət ərzində bir çox peyvəndin üzərinə iş getdi, amma yeni yanaşmalarda böyük təcrübə olmadı. Ümid edirik ki, təsdiqlənmiş və ən təhlükəsiz vaksindən Azərbaycana gətirəcəyik”.
“Hazırda iki ölkədə - Böyük Britaniya və Türkiyədə vaksinasiyaya başlanılıb. Türkiyədə vaksinasiyası başlanılan Çin peyvəndi ən təhlükəsiz peyvəndlərdəndir. Qısa müddətdə peyvənd haqqında məlumat veriləcək”, - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.