Day, Month 00, Year
00: 00: 00 AM
Dr. Akif Paşayev işinin peşəkarı olan həkim-stomatoloq

Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir. Sağlam, parlaq, möhkəm dişlərə, təravətli ağız boşluğuna sahib olmaq üçün peşəkar diş həkiminə müraciət etməlisiniz. Tanınmış diş həkimi Akif Paşayev həm dişinizin sağlamlığının qeydinə qalacaq, həm də sizi gözəl görünüşə qovuşduracaq.
-Hörmətli redaksiya! Mən neçə aylar idi ki, diş ağrılarından çox əziyyət çəkirdim. Akif həkim dişlərimi müayinə etdi və təcili çəkilməlidi söylədi. Dişlərimi çəkdi və düzəltdiyi gözəl protez anadangəlmə dişlərimdən fərqlənmir. Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir.O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir. Ömrüm boyu ona minnətdaram.
 
-Hörmətlə; Eldar müəllim.
 -Mən də öz övladımı Akif həkimin qəbuluna aparanda uşağın dişləri çox eybəcər idi və onun xarici görkəminə sözsüz ki, xələl gətirirdi. Həkim müayinə edərək : -Narahat olmayın. Bir qədər səbir sizdən, gözəl inci tək saf, sağlam dişlər məndən deyərək fəaliyyətə başladı. Hansı prosedurların həyata keçirildiyi ilə bağlı məlumatları bu yazıya qeyd etməklə oxucunu yormaq niyyətində deyiləm. Lakin onu deməyi özümə borc bilirəm ki, nəticə ailəmizin ürəyincə oldu. Həkim Akif Paşayevin peşəkar stomatoloq olduğu onun qəbulunda daima pasiyent axını olduğu ilə təsdiqlənir və ona müraciət edənlərin sayı daima artmaq üzrədir.
Öz peşəsinin ustadı olan Akif Paşayev müqəddəs həkimlik adını daima uca tuturaq, deyir: - Biz yaddaşımızda həkk etməliyik ki Hipokrat andı içmiş həkimlərik və daima bu anda sadiq olmalıyıq. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim, təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim – stomatoloq  sözün əsl mənasında ən yüksək təltifə ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O təltif həkim Akif Paşayevin xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır.
Sözün əsl mənasında hippokrat andına sadiq həkim Akif həkimə bütün ziyalı təbəqə, Media nümayəndələri vəxalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.


Tarix: 10-11-2020, 05:57 Oxunub: 316


Bölməyə aid digər xəbərlər