Biz, Avrasiya Hospitalında olanda hamı onun haqqında xoş sözlər deyirdi. Hamı da vurğulayırdı ki, Zülfiyyə həkimin əli yüngüldür. Biz də bunun şahidi olduq. Ona görə də belə qərara gəldim ki, belə gözəl həkim və xeyirxah insanla oxucuları da yaxından tanış edim və bizim ailənin Zülfiyyə həkimə də təşəkkürünü bildirim.
Mən öz ailəmiz və bütün xəstələrin adından Zülfiyyə həkim başda olmaqla Avrasiya Hospitalında çalışan həkimlərə təşəkkürlərimizi bildiririk və deyirik: “Bir həkim bir aləm deməkdir. Qoy Ulu Tanrı həmişə sizə yar olsun. Zülfiyyə həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır. Yüzlərlə, minlərlə xəstənin!
Bəzən olur ki, cüzi problemlə hansısa həkimin qəbuluna gedən xəstə elə bir münasibətlə qarşılaşır ki, hətta özü öz həyatından bezir. Zülfiyyə həkimi isə fərqləndirən onun mənəvi cəhətdən varlı olmasıdır. Bu varlılıq, bu sərvət insani keyfiyyətlərlə zəngin insanlara məxsusdur və xoşbəxtdir o kəs ki, onun haqqında: – Əsl bir insandır! – ifadələri səslənir. Dr. Zülfiyyə Vahabova məhz belə bir insani dəyərlər sahibi olduğu üçün ona üz tutanların ardı arası kəsilmir. Əlbət ki, müsbət nəticələr artdıqca, həkimə inam da artır. Və insanlar ümidlə o həkimə müraciət erdirlər. Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildiririk.




































