Müasir dövrümüzdə Azərbaycan Səhiyyəsinin unikal inkişafı zamanında bir çox estetik poblemlərin aradan qaldırılması üçün Caspian International Hospitalına üz tutanlar sonda məmnunluqla klinikanın Plastik Cərrahı Elçin Zodanova minnətdar olduqlarını bildirirlər. Estetik, Plastik Cərrah Elçin Zodanov peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsil insandır. Dr. Zodanov Bakıda və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır.
Azərbaycanın fəxri olan Elçin Zodanov təkcə savadı, bacarığı ilə deyil, eyni zamanda insanlığı ilə də başqalarından fərqlənir. O, həmişə xəstələrə bəxş etdiyi sevinci maddiyatdan üstün tutub. Hətta, təsadüfən qarşılaşdığı qüsurlu insanları klinikaya dəvət edir və təmənnasız əməliyyat edir. İnsanlar həyatını və sağlamlığını ona etibar edirlər. Elə xəstələr olur ki, maddi vəziyyəti yaxşı olmur. Klinikada onlara böyük güzəşt edilir. Bəzən elə ağır durumlu insanlar müraciət edir ki, Elçin Zodanov tərəfindən təmənnasız əməliyyat edilir.
Bəli, biz bu gün neçə-neçə insanları qüsurdan azad edən, onları sevinc dolu həyata qaytaran, daxilindən əllərinə axıb gələn gözəlliyi kimlərəsə bəxş edən Elçin Zodanovu böyük əminliklə yer üzünün GÖZƏLLİK TANRISI adlandıra bilərik!




































