-Hazırda çalışdığı Buta Klinikasında həkim-mammoloq-radioloq Günel Qəmbərovanın adını deyib gələnlərin sayı durmadan artır.
İlk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur.
- Şərəfli həkim peşəsinə yiyələnən həkim-mammoloq-radioloq Günel Qəmbərova bu işin müqəddəsliyini qoruyub saxlayır. Bakı şəhərinin bir qrup sakinləri həkim Günel Qəmbərovaya təşəkkür edib QanunXəbər.com İnformasiya Agentliyinə göndərdikləri məktubda Günel həkimin bacarıqlı həkim olmasından söz açılır, onun qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirlər. Onlarla insana sağlam həyat bağışlanılmasına səbəb olan Günel həkim.
Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, bəxş edilməsinə səbəb olan Günel həkimə bütün ailələrin dilindən Allahdan sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın.




































