22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
-Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərən həkim-ginekoloq T.E.N/Dossent Natəvan Axundova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
İlk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur.
Natəvan həkimin kabinetinin qarşısında xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təksə Bakıdan yox, Azərbaycanın bütün bölgələrindən gələn xəstələrdir. Onların hamısı Natəvan həkimi deyib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil həkimdir. Onun apardığı müalicə və müayinənin dəqiq olduğu üçün ona müraciət edirlər.
Məhz elə bunun nəticəsidir ki, QanunXəbər.com xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Dr. Natəvan Axundovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Hər şeyə görə sağ olun. Kaş ki, imkanım ola bütün ana olmaq istəyən qızlarımıza səslənim. Heç düşünmədən hamınız Natəvan həkimi seçin. Sayənizdə hamiləlik stresindən, əməliyyat qorxusundan uzaq, şirin xatirələrlə dolu,9 ay keçirdim. Hər ay qəbulunuza gələndə sizi görən kimi olan narahatçılıqlarımı unutdum. İstənilən saatda nə vaxt yazsam, yığsam hər an hər sualımı cavablandırmağınızı , minimum dərmanla bir hamiləlik keçirməyimi unutmayacam. Siz tanıdığım ən gözəl, ən mehriban həkimsiniz. Sakit səsiniz insana hüzur verir, ən ağrılı vəziyyətdə belə hər şeyin gözəl olacağına inandırır.
Qadın xəstəliklərinə qarşı mübarizədə yaxınlara və Azərbaycan xalqına Dr. Natəvan Axundovaya güvənməyi məsləhət görürəm.
Səhiyyə sahəsində dəyanətlə çalışan gözəl və şərəfli həkimimiz Natəvan həkimə nailiyyətlərlə, uğurlarla zəngin bir həyat yolu arzu edərək deyirik: Xalqın Vətənin layiqli ziyalısı Natəvan həkim, bir ömür həsr edərək, çalışdığınız bu illər ərzində etdiyiniz xeyirxah əməllərin müqabilində İlahi sizə səhər günəşinin ziyasına boyanan açıq səmalı, xoş müjdəli sabahlar nəsib etsin.
Bölməyə aid digər xəbərlər