Day, Month 00, Year
00: 00: 00 AM
Dr. Kamal Əhmədov-Bona Dea International Hospitalın həkim-Qastroenteroloq-Hepatoloqu

Kamal həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı müalicə böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Kamal həkim gənc olmasına baxmayaraq, olduqca yüksək təcrübəyə malikdir. 

Kamal həkimin həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.

Səhhətimdə yaranan problemlə bağlı Bona Dea International Hospitalına   müalicə olunmaq üçün müraciət etdim. Mədəmdə olan ağrılar  məni çox narahat edirdi. Həkimimdə Qastroenteroloq-Hepatoloq Kamal Əhmədov oldu. O, məni hərtərəfli  Kapsul Endoskopiya vasitəsi ilə də müayinə etdi. Təyin etdiyi müəlicələr əsasında hazırda səhhətim yaxşıdır, özümü rahat hiss edirəm, daha da yaxşı olacağıma ümid edirəm. Sizə təşəkkür etməyi özümə borc bildim.  

Mən çox sevinirəm ki, respublikamızda Kamal Əhmədov  kimi təcrübəli, işini sevən, savadlı kadrlarımız hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən belə həkimlərimiz yetərincədir. Mən ilk gündən Kamal həkimə böyük ümidlər bəslədim. Görünür yanılmamışam.  

Bu şəxsin səmimiyyətini hiss edən hər kəs, hətta o, böyük Allah-Təalaya dua edir ki, şükür sənə ey bizi Yaradanımız!. Nə yaxşı ki, səhiyyəmizdə Kamal Əhmədov adlı həkimimiz var. Çünki o, bu günədək nəinki Bakı şəhər sakinlərinə, hətta ətraf şəhər və rayonlardan, digər bölgələrdən hüzuruna üz tutan hər kəsə şəfa vermiş, bir kimsədən diqqət və qayğısını əsirgəməmişdir. Belə bir səbəblər üzündən də, bu gün Kamal Əhmədovun adı çəkilərkən, hər kəs ona hörmətlə, ehtiramla yanaşır, hüsnü-rəğbət bəslədiklərini də ifadə edirlər. Bəli, daha yaxşı halın varlığı odur ki, hər kəs çalışdığı sahədə öz təcrübəsi, bacarığı, savadı ilə fərqlənsin və üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi də bacarsın. Belə bir göstəriciləri və digər keyfiyyətləri ilə fərqlənən Kamal həkim, bu gün Azərbaycan səhiyyəsində xüsusi ad-san qazanıb ki, bu da hər an ona başucalığı gətirməkdədir. İnanırıq ki, bu şəxsin peşəkarlığa söykənən fəaliyyəti, onun adının çox yaxın vaxtlarda ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınmasına da səbəb olacaq.



Tarix: 19-10-2020, 11:59 Oxunub: 329


Bölməyə aid digər xəbərlər