21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
Cərrahiyyə - xəstəliklərin açıq cərrahi üsulları ilə müalicəsi, habelə tibb elminin xəstəliklərin əməliyyat yolu ilə müalicə üsullarından bəhs edən şöbəsidir.
Peşəkar, öz ixtisasını dərindən bilən və elmi-bilikləri ilə xalqın sağlamlığı keşiyində dəyanətlə dayanan həkimi sorağında ikən ən təcrübəli həkimlərdən biri olan həkim-cərrah Dr. Xəyyam Babayev haqqında eşidir və ondan imdad diləyirlər.
Dr. Babayev Baku Medikal Plaza Klinikasınında (Babək filialı) həkim-cərrah vəzifəsində uğurla çalışır. Həkim-cərrah adını ləyaqətlə daşıyan Dr.Babayev peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik əsl insandır. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, uğurla başa vurduğu cərrahi əməliyyatlar, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir cərrah kimi ona olan inam və ehtiramı daha da artırır. Onun rəhbərliyi, təşəbbüsü və zəhməti ilə yüzlərlə insan bu xəstəliklərdən xilas edilmişdir.
Xəyyam həkimlə onun çalışdığı Klinikada görüşdük. Xəyyam həkimə müraciət etdiyim üçün bu dəfə də onunla dərhal söhbətə başladıq. Xəyyam həkim işindən həvəslə danışır. Deyir ki, həkim gərək savadlı, məsuliyyətli, eyni zamanda humanist olsun. Axı insanlar onun köməyinə həmişə ehtiyac duyurlar. İnsan sağlamlığı isə ən dəyərli sərvətimizdir. Yaxşı həkim təkcə pasiyentin müalicəsi ilə məşğul olmayıb, cəmiyyətdə hörmət, insanlar arasında nüfuz da qazanmalıdır. Həkim özünün davranışı, həyat tərzi və gözəl əhval-ruhiyyəsi ilə təkcə xəstəlikdən əziyyət çəkənlərdə deyil, bütün insanlarda gələcəyə nikbinlik yaratmalıdır. Belə olduqda, sanki hamı hər yerdə gözəllik, sağlamlıq və xoşbəxtliklə qarşılaşacaq. Bu isə bütün insanlar kimi, həkimlərin də ən gözəl arzusudur. Çünki insanların müalicəsindən daha çox, xəstəliklərin profilaktikası dövlətimiz tərəfindən bütün səhiyyə işçiləri qarşısında ali məqsəd kimi qoyulub.
Səhhətimdə yaranan problemlərlə bağlı Baku Medikal Plaza Klinikasına (Babək filialı) gəlməyimiz heç də təsadüfi deyildi, çünki bilirdim ki, burada savadlı, peşəkar həkimlər çoxdur. Öz işinin mütəxəssisi olan, işini çox sevən Dr. Babayev sanki bizim ağ xalatlı xilaskarımız oldu.
Xəyyam həkimin səyi nəticəsində mənim üzərimdə apardığı əməliyyatı çox uğurla keçdi. İndi özümü çox gümrah hiss edirəm.
Sağlamlığımın bərpasında əməyi olan tibb işçilərini isə yaddan çıxarmıram. Xəstəxananın bütün kollektivinə başda o cümlədən Xəyyam həkimə minnətdarlığımı bildirirəm. Əməliyyat olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarıma deyirəm. Əlləriniz var olsun həkim!
Hörmətlə Arzu Rüstəmova
Biz də xalqımız adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq, əzmlə çalışan böyük ehtiram sahibi Baku Medikal Plaza Klinikasının həkim-cərrahı Xəyyam Babayevə təşəkkürümüzü bildirərək, Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.
Bölməyə aid digər xəbərlər