21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Qadında menstruasiyadan kənar cinsiyyət orqanlarından qanlı ifrazatların olması əksər hallarda patoloji hal sayılır. Bu halda qadın dərhal ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir. Belə qanlı ifrazatlar hər hansı, bəzən çox təhlükəli xəstəliklərin və pozulmaların əlaməti ola bilər.
Bu xəstəliklərin və pozulmaların arasında:
- Endometriumun hiperplaziyası və endometriumun polipləri. Bu pozulmalar zamanı menstrual qanaxmalar çox intensiv və ağrılı olur, menstruasiyalar arası qadında cinsiyyət yollarından qanlı ifrazatlar müşahidə olunur.
- Uşaqlıq mioması. Menstruasiyalar intensiv olur, onların müddəti uzanır, menstruasiyalar qarının aşağısında və beldə tutmaşəkilli ağrılarla müşayiət olunur.
- Endometrioz. Menstruasiyadan sonra və əvvəl bir neçə gün ərzində qanlı ifrazatlar olur, menstruasiyalar ağrılı olur, ifraz olunan qanda laxtalar olur.
- Polikistoz yumurtalıqlar sindromu. Bu pozulma zamanı qadında qanaxmalar müşahidə olunur, menstruasiyalar qeyri-müntəzəm olur.
- Uşaqlıq boynu və endometriumun xərçəngi. Menstruasiyalar arası qadında müxtəlif intensivlikdə olan qanaxmalar müşahidə olunur. Qanaxma cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra başlaya bilər.
- Uşaqlıq boynu eroziyası. Adətən bu pozulma özünü heç bir əlamətlə büruzə vermir. Lakin pozulmanın ağır formalarında qanaxma cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra başlaya bilər.
- Endometrit. Uşaqlığın daxili qatının iltihabı zamanı menstruasiyanın müddəti uzanır, menstruasiyalar arası qanlı ifrazatlar ola bilər.
- Uşaqlıq yolunun travmaları (cinsi əlaqə nəticəsində və s.).
- Qadın cinsiyyət sistemi infeksiyaları.
- Qalxanvari vəzi hormonların tarazlığının pozulması.
- Yuvenil qanaxmalar. Qızlarda ilk menstruasiyadan (buna "menarxe" deyilir) sonra 1 il ərzində menstrual dövr qeyri-müntəzəm ola bilər: menstruasiyalar müxtəlif fasilələrlə başlayır, 1-2 ay ərzində olmaya bilər, menstrual qanaxmaların intensivliyi də müxtəlif ola bilər. Bu normal sayılır. Daha sonra isə menstrual dövr düzəlməlidir və menstruasiyalar hər dəfə müəyyən fasilələrlə başlamalıdır.
Əgər hətta 2 ildən sonra menstruasiyalar müntəzəm xarakter almırsa, qızda tez-tez uzunmüddətli qanaxmalar müşahidə olunursa, bu artıq hər hansı pozulmanın simptomu sayıla bilər. Bu pozulmaların arasında: qadın cinsiyyət orqanların patologiyaları, hormonal pozulmalar və s. Uzunmüddətli qanaxmalar çox təhlükəlidir. Bu ağır anemiyanın (qanazlığı) inkişafına səbəb ola bilər.
Nəzərinizə çatdıram ki, bəzi hallarda menstruasiyalar arası qanlı ifrazatların olması patoloji xarakter daşımır. Buna səbəb hamiləlik əleyhinə hormonal preparatların qəbulu, uşaqlıq daxili spiralın olması. Bəzi qadınlarda ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) çox cüzi qanlı ifrazatlarla müşahidə olunur.
Dr. Nigar Əliyeva
9 saylı Qadın Məsləhətxanasının həkim mama-ginekoloqu
Bölməyə aid digər xəbərlər