Day, Month 00, Year
00: 00: 00 AM
Biz də xəstənin təşəkkürlərinə və xoş sözlərinə qoşuluruq, Dr.Lamiyə Osmanovaya şəxsi həyatında, ailədə və həkimlik fəaliyyətində böyük uğurlar arzu edirik.

Lamiyə həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı müalicə böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Lamiyə həkim gənc olmasına baxmayaraq, olduqca yüksək təcrübəyə malikdir.

Dr. Lamiyə Osmanovanın həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.

Həsənovlar ailəsi olaraq Zərifə Əliyeva adına Milli Oftalmologiya  Mərkəzinin kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edim ki, övladımın gözündə zəiflik var idi.  Biz uşağı Zərifə Əliyeva adına Milli Oftalmologiya  Mərkəzinə  gətirdik. Həkim Oftalmoloq Kontakt linzalar üzrə mütəxəssis Lamiyə  həkimin təyin etdiyi müalicə və kontakt linza  oğlumun gözündə olan problemləri aradan götürdü. Onu da qeyd edim ki, oğlum eynək taxmaqla əlaqədar nəmlik, dumanlama, burun və qulaq ilə bağlı diskomfort problemlərindən azad oldu.
Dr. Lamiyə Osmanovaya ailəmiz adından təşəkkürümüzü bildiririk.

Hörmətlə: Arzu müəllim

Biz xüsusilə Milli Oftalmologiya Mərkəzinin  həkim - oftalmoloqu Dr. Lamiyə Osmanovaya və bütün tibbi personala təşəkkür edirik. QanunXəbər.com İnformasiya Agentliyi adından  Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq, əzmlə çalışan böyük ehtiram sahibi həkim – Lamiyə Osmanovaya Təşəkkürümüzü bildirərək; Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.


Tarix: 13-10-2020, 20:13 Oxunub: 215


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı