Redaksiyamıza daxil olan təşəkkür məktublarından bir neçəsini oxucuların diqqətinə çatdırırıq.
Sumqayıt şəhərində yaşayan sakinlərlə görüş zamanı gənc bir qadın yaxınlaşaraq sizinlə ayrıca görüşmək istəyirəm dedi Arzu bacımız daxili orqanların ultrasəs müayinəsini etdirmək istəyir və bildirdi ki, imkansızlıqdan bunu etdirə bilmir. Bir ananın ən böyük arzusu övladının sağlam olmasıdır, gecə ağrılırdan yata bilmir ailədə də bəzən rahatsızlıqlar olur deyib gözləri dolan Arzu bacımın gözləri neçə gün gözlərimin önündən getmədi və bunu gözəl həkim və dəyərli insan İradə Sarıyevaya danışdım və o dəqiqə mən nə lazımdır kömək edərəm dedi Ailənin maddi imkanlarının heç olmadığını deyəndə lazım olsa bəzi xərcləri mən öz cibimdən ödəyərəm. Həm həkim kimi dəqiq müayinə etdi, həm də dərmanların pulunu özü ödədi. İradə Sarıyeva sizin kimi həm peşəkar həm də insani keyfiyyətləri yüksək olan həkimlərimizin sayı daha da çox olsun. Arzu xanım artıq sağlamlığına qovuşub və çox xoşbəxtdir.
Hörmətli redaksiya heyəti!
Sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan İradə Sarıyevaya mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən İradə Sarıyevaya həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq.
Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edən İradə xanıma dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.
0




































