Day, Month 00, Year
00: 00: 00 AM

Dr. Leyla Dəmirçiyeva - Bütün nevroloji xəstəliklərin müayinə və müalicəsi üzrə peşəkar həkimlərdən biridir

  Müqəddəs peşəsi, bilik və bacarığı və təyin etdiyi dəqiq diaqnozları ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Leyla həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir. Bütün nevroloji xəstəliklərin müayinə və müalicəsi üzrə peşəkar həkimlərdən sayılır.  
 Sözsüz ki, hansı sahədə çalışmasından asılı olmayaraq, əsas məqsəd işini sevərək yerinə yetirmək və gördüyün işlə insanlara, cəmiyyətə faydalı, gərəkli olmaqdır.

Dr. Leyla Dəmirçiyevanın timsalında isə sənətini dərindən bilən, həkim adını öz əməlləri ilə layiqincə doğrultmağı bacaran, işini vicdanla yerinə yetirən bütün həkimlərimiz bu cəmiyyətin ən gərəkli, ən çox ehtiyac duyulan və ehtirama layiq şəxsləridir. Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Leyla  həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək.

    Nevroloji xəstəliklərin dünyada , o cümlədən respublikamızda artan faiz üzrə irəliləməsini nəzərə alsaq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu vurğulamaq yerinə düşərdi.
QanunXəbər.com İnformasiya Agentliyinə  bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Dr. Leyla Dəmirçiyevaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Ağayevlər ailəsindən ünvanlanan məktubu oxucu kütləsinin diqqətinə çatdırırıq: 
  Kəskin baş ağrıs məni çox narahat edirdi. Artıq həyatda yaşamağıma ümidimi itirmişdim. Bütün bu problemlə bağlı 11 saylı şəhər poliklinikasının həkim-nevroloqu Leyla həkimə müayinə olunmaq üçün müraciət etdim. Leyla həkim məni hərtərəfli müalicə və müayinə etdi. Leyla həkimin apardığı müalicə  sayəsində ağrılarım azalmağa başladı. İndi özümü gümrah hiss edirəm.
  Əziz və hörmətli həkim-nevroloq Dr. Leyla Dəmirçiyeva! Sizin elmi biliklərinizin, təcrübənizin bar bəhəri təyin etdiyiniz dəqiq diaqnozlardır. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq. Bir daha Leyla həkimə uğurlar diləyir, işinin, halal zəhmətinin layiqincə bəhrəsini görməyini arzu edirik.
                                                                                               QanunXəbər.com

Tarix: 2-10-2020, 08:32 Oxunub: 270


Bölməyə aid digər xəbərlər