Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Özəl klinikadan təqdirəlayiq təşəbbüs - “Heyyətimiz və ambulansımız ilə dövlətimizin yanındayıq”

Baxış: 190
“Biz öz həkim heyyətimiz və ambulansımızla cəhbədə dövlətimizə dəstək olmaq üçün hazırıq və bu barədə aiddiyatı qurumlara müraciət ünvanlamışıq”.
Bunu QanunXəbər.coma  Bioloji Təbabət Klinikalar şəbəkəsinin sədr müavini Qüdrət Yaqubov bildirib.
Qüdrət Yaqubov qeyd edib ki, hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri dövlətimizin yanında olmalı və lazım gələrsə bütün qüvvələrini səfərbər etməlidir:
“Son 15 ildə ölkəmizdə bir çox yeni xəstəxanalar tikilmiş, mövcud xəstəxanalar təmir olunmuş və müasir tibbi avadanlıqlar ilə təchiz edilmişdir. Dövlət səhiyyə müəssisələri ilə yanaşı özəl tibb mərkəzlərinin də sayı xeyli artmışdır. Biz Bioloji Təbabət Klinikaları Şəbəkəsi olaraq hər zaman dövlətimizin yanındayıq.Hesab edirik ki, COVİD-19 pandemiyası geniş yayıldığı dövrdə və Ermənistanın təcavüskar addımları ilə işğalçılıq siyasətindən əl çəkməyərək dövlət sərhədimizə qarşı etdiyi terrorçu yanaşması fonunda hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələridövlətimizin yanında olmalı və lazım gələrsə, bütün qüvvələrini torpaqlarımızın azad olunması və qorunması üçün əsirgəməməli və səfərbər etməlidir. Bioloji Təbabət Klinikalar şəbəkəsi olaraq öz təcili və təxirəsalınmaz texnikamız (ambulans), həkim heyyətimiz və bütün mümkün imkanlarımızla dövlətimizə dəstək olmağa hazırıq. Dövlətimizin ön cəbhəsi kimi arxa cəbhəsi də güclüdür və hər zaman əsgərlərimizin yanındayıq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.