Dr. Geyhun Cəlilov
Bu kəlmələr, peşəkar bir həkimin daxili aləmindən süzülüb gələn, süzüldükcə paklanan , şəffaflanan, ömür dünyasına işıq saçan, illərin təcrübəsinə söykənən bir həkimin ürək sözləridir. Neçə-neçə ən ağır əməliyyatların ağırlığını çəkinmədən çiyninə götürən, tibb sahəsində dəyərli elmi tədqiqatları ilə öz sözünü deyən, yüzlərlə insanların həyat eşqini özünə qaytaran, onlara sağlam həyat bəxş edən, bilikli və bacarıqlı həkim kimi xəstələrinin sevimlisinə çevrilən Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-uroloq - androloqu Dr. Geyhun Cəlilov Azərbaycan səhiyyəsini şərəflə qoruyur.
Geyhun həkimin fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır. Dr. Cəlilova üz tutan hər bir pasiyent onun yanından xoş əhval – ruhiyə ilə geri dönür.
Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Ceyhun Cəlilova mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Ceyhun Cəlilova həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq.
Hörmətlə Fərzəli Məmmədov




































