Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Koronavirusa görə "apokalipsis" payızı proqnozlaşdırılır

Baxış: 246
Amerikalı həkimlər SARS-CoV-2 koronavirus pandemiyasının şiddətlənməsi səbəbindən ABŞ üçün "apokalipsis" payızı proqnozlaşdırıblar.
Bu barədə CNN xəbər verib
"Bunu təəssüflə deyirəm. Bu proqnoz çox sayda yoluxma hallarının olduğu yerlərdə təhsil müəssisələrini yenidən açmağımız, həmçinin federal hakimiyyət orqanlarının maska ​​taxmaq və digər tədbirlə bağlı bir söz deməmələri ilə bağlıdır", - deyə Hyuston Tibb Universitetinin fakültələrindən birinin dekanı Piter Hotez bildirib.
Alabama Universitetinin İnfeksion Xəstəliklər Departamentinin direktoru Coanna Marazzo qarşıdakı payızın dünyanın sonu ilə müqayisə olunması ilə razılaşıb. Onun sözlərinə görə, yoluxma sayının artmasına səbəb insanların epidemiya ilə bağlı məhdudiyyətlərdən bezməsidir. Departament rəhbəri virusun fəaliyyəti, yayılma qabiliyyəti barədə saxta və ziddiyyətli mesajların da yoluxma sayının artmasında böyük rol oynadığını qeyd edib.
Statistikaya görə, ABŞ-ın 28 ştatında yoluxma hallarında artım müşahidə olunur. Ölkə yoluxma (6.8 milyondan çox) və ölənlərin sayına görə (200 mindən çox) dünyada birinci yerdədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.