Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 39 min 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 min 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1858 nəfərdir.
Ölkədə son sutka ərzində 6 min 886, hazırkı dövrədək isə 1 milyon 54 min 792 test aparılıb.
Xatırladaq ki, 19 Sentyabrda 148 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.




































