Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Baxış: 198



Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı 


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 947 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 652 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.
Ölkədə son sutka ərzində 337, hazırkı dövrədək isə 7 644 015 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 86 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, üç və daha çox doza vaksin vurduranların sayı 12, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 3 nəfərdir.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.