
Əminəm ki, Kamboca Krallığının Baş nazirin rəsmi səfərindən sonra ticarət dövriyyəmizdə ciddi artım müşahidə edəcəyik.
Bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə mətbuata birgə bəyanatında bildirib.
“Ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir. Lakin əminəm ki, Baş nazirin rəsmi səfərindən sonra bu sahədə ciddi artım müşahidə edəcəyik. Müxtəlif sənaye sahələrində birgə istehsal müəssisələrinin yaradılması perspektivlərini, turizm imkanlarını, təhsil sahəsində əməkdaşlığı da müzakirə etdik”, - Prezident İlham Əliyev qeyd edib.












































