Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zaporojyedə FACİƏ BÖYÜYÜR: Ölən üç uşaq daxil olmaqla həlak olanların sayı 7-yə ÇATDI

Baxış: 90
Zaporojyedə FACİƏ BÖYÜYÜR: Ölən üç uşaq daxil olmaqla həlak olanların sayı 7-yə ÇATDI


Rusiyanın Zaporojye şəhərini altı idarəolunan aviabomba ilə atəşə tutması nəticəsində həlak olanların sayı kəskin artaraq 7 nəfərə çatıb.

Faciəvi şəkildə həyatını itirənlər arasında üç azyaşlı uşaq da var.

Dağıntılar altından daha çox insanın cəsədinin çıxarılması ilə itkilərin sayı artıb. Rusiya aviasiyasının endirdiyi ağır zərbələrdən sonra dinc sakinlərin yaşadığı məhəllələrdən və çoxmərtəbəli binalardan geriyə yalnız xarabalıqlar və alovlanan qalıqlar qalıb.

Ukrayna Fövqəladə Hallar Xidmətinin xilasediciləri və ağır texnikası dağıntıların təmizlənməsi və qəza-xilasetmə əməliyyatlarını fasiləsiz olaraq davam etdirirlər.

Zərbə zonasında xəsarət alanların müalicəsi xəstəxanalarda aparılır, mənzilsiz qalan ailələrə  yardım  göstərilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.