Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil

Baxış: 72
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil


İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan “Sahar Azəri” kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. 

“Kanalın “YouTube” hesabında Türkiyənin Diyarbəkir şəhərində keçirilən dini tədbir “Türkiyədə azərbaycanlı hicablılara dəstək üçün aksiya keçirilir” kimi qələmə verilib.

Əslində isə həmin görüntülər oktyabrın 11-də Diyarbəkirin Sur bölgəsində keçirilən “Niyet Ettim Tesettüre, Emrin Başım Üstüne” adlı dini proqrama aiddir.

Dünya Qız Uşaqları Gününə təsadüf edən bu tədbir isə ilk dəfə hicab bağlayan gənc qızlar üçün təşkil olunan xüsusi bir mərasimdir. Mərasim çərçivəsində yüzlərlə gənc qız əllərində bayraqla yürüş keçirib, dini şüarlar səsləndirib. 

Tədbirin keçirilməsində məqsəd hicaba yeni başlayanlara dəstək vermək və dini dəyərləri vurğulamaqdır.

Qeyd edək ki, bu cür tədbirlər son illərdə Diyarbəkirdə və Türkiyənin bəzi digər şəhərlərində müntəzəm keçirilir və dini cəmiyyətlər tərəfindən təşkil olunur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.