
ABŞ prezidenti Donald Tramp Nobel Komitəsinin qərarını Sülh Mükafatının nüfuzuna zərbə adlandırıb.
Sahibkartv.az xarici mediaya istinadla xəbər verir ki, 2026-cı ildə mükafat 85 yaşlı insan haqları fəalı Navanethem Pillaya verilib.
Pillay Cənubi Afrikadan olan vəkildir. Nobel Komitəsi onun "müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımın təqibinin təmin edilməsində mühüm rol oynadığını" bildirib.
ABŞ prezidenti komitə üzvlərini qərəzlilikdə günahlandırıb və Norveçə müraciət edib. "Nobel Sülh Mükafatı antidemokratik baxışlara malik və sivilizasiyanın düşmənləri olan bir qrup radikal ideoloq tərəfindən əbədi olaraq nüfuzdan salınıb. Norveç, tarixin ən böyük nailiyyətlərini inkar etdiyinizi (və tanımadığınızı) unutmayacağıq", - deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp 2 ildir Nobel mükafatı almaq üçün səy göstərir, tez-tez 8 müharibəni dayandırdığını, ona görə də ali sükh mükafatına layiq olduğunu dilə gətirir. Nobel Komitəsi isə onun bu israrlı istəklərinə məhəl qoymur.







































