Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq

Baxış: 108
4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq


Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycanın 4 təmsilçisi tatamiyə çıxacaq.
Qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar.
M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.

Mundiala 1/32 finaldan start verəcək C.Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.

U.Kokauri və K.Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.