Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda antibiotiklərin reseptlə satılması təklif olunur

Baxış: 175


Azərbaycanda antibiotiklərin reseptlə satılması təklif olunur.
“Sahibkartv.az” xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva çıxış edib.
O xatırladıb ki, bu gün ölkədə antibiotiklər reseptsiz satılır: “Mətbuatda hətta reklamları gedir, bu da ciddi problemlərə səbəb olur. Ona görə də antibiotiklər reseptlə satılmalıdır. Dünya ölkələrinin də bununla bağlı təcrübəsi var”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, antibiotiklərin apteklərdə reseptsiz satılmasına ciddi nəzarət olmalıdır: "Antibiotiklər apteklərdə reseptlə satılmalıdır. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Çünki antibiotiklərin reseptsiz satılması təhlükəli ağırlaşmalara səbəb ola bilər”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.