Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Deputat ölkəyə gətirilən dərmanlar üçün ƏDV-nin ləğvini tələb edib

Baxış: 117


Milli Məclisin deputatı İlham Məmmədov ölkəyə gətirilən dərman vasitələri üçün tələb olunan ƏDV-lərin ləğvini tələb edib.
“Sahibkartv.az”ın məlumatına görə, deputat parlamentin Səhiyyə komitəsinin bügünkü iclasında mövcud məsələ ilə bağlı ona bir çox sahibkarın müraciət etdiyini bildirib.
“Misal olaraq, 100 manatlıq dərman vasitəsi üçün 18 manat ƏDV ödəməli olurlar. Faktiki olaraq da məhsul bazara çıxmamış artıq 118 manat olur. Bu da istər-istəməz həmin dərmanların ölkəyə gətirilməsi üçün marağı azaldır. Gələcəkdə bu sahədə müvafiq addımların atılması ilə böyük miqdarda boşluqların ortadan qaldırılmasına və ölkədəki dərman qıtlığının aradan qaldırılmasına təsir göstərmiş olarıq”, - İ.Məmmədov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.