Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI

Baxış: 207
Təkamülü dövründə koronavirus mutasiyanı dayandıraraq, insan bədəninə daha yaxşı uyğunlaşa bilib və daha yoluxucu olub.
“South China Morning Post” bu barədə Honkonq Politexnik Universitetinin alimlərinin açıqlamasına istinadla məlumat verib.
Tədqiqatçılar şəhərdəki üçüncü koronavirus dalğası zamanı 20-dən çox xəstənin genetik identikliyini xaricdən “idxal edilən” infeksiya nümunələri ilə müqayisə edərək müəyyənləşdiriblər.
İnstitutun dosenti Gilman Siunun sözlərinə görə, koronavirus xəstəliyin ilk və ikinci dalğaları zamanı mutasiya edib, lakin bu dəfə nəticələr fərqli olub:
“Ya virus insan orqanizminə uyğunlaşıb və mutasiyaları dayandırıb, ya da qısa müddət ərzində xəstələnənlərin hamısı bir yerdə yoluxub”.
Çinli professor Devid Huey də onunla razılaşaraq, Çinin xüsusi inzibati bölgəsində COVID-19-un son yayılması zamanı virusun əvvəlki iki dalğa ilə müqayisədə daha çox yoluxucu olduğunu deyib. O, son yayılan virusun insan orqanizminə daha effektiv uyğunlaşa bildiyini əsas gətirib.

Bizimlə əlaqə saxlayın


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.