Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, müalicə olunamlar arasında sağalan olmayıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub. Bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya olunan olmayıb. 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib. Son sutkada pozitiv nəticədən sonra buster doza olunan da qeydə alınmayıb.



































