Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mədən çıxarma sahəsində neçə nəfər fərdi qadın sahibkar var?

Baxış: 261
Mədən çıxarma sahəsində neçə nəfər fərdi qadın sahibkar var?


Bu ilin oktyabrın 1-nə olan statistikaya əsasən, ölkədə qeydiyyatda olan fərdi sahibkarların 76,4 faizini kişilər, 23,6 faizini isə qadınlar təşkil edir.
Sahibkartv.az "Valyuta.az"a istinadən xəbər verir ki, qadın fərdi sahibkarların sayı 338 761 nəfər olub. Kişi sahibkarların sayı isə 1 096 659 nəfərə çatıb. Beləliklə, kişi sahibkarların sayı qadın sahibkarlara nisbətdə 757 898 nəfər və ya təxminən 3,2 dəfə çoxdur.
Mədənçıxarma sənayesi üzrə qadın fərdi sahibkarların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 nəfər azalaraq 75 nəfərə enib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə cəmi 7 qadın fərdi sahibkar fəaliyyət göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.