
Brend Adı Değil, İnsan və Davranış Brendin Əsl Üzüdür
Sahibkartv.az xəbər verir ki, yeni başlayan sahibkarlar çox vaxt işin ən çətin mərhələsində — ad seçimi və loqotip dizaynına çox enerji sərf edirlər. Onlar düşünürlər ki, uğurun açarı yalnız mükəmməl brend adında və ya vizual təqdimatda gizlənib.
Amma reallıq başqa cürdür:
İşin ilk illərində brend adı deyil, sənin davranışın, işinə yanaşman, xidmət keyfiyyətin və səmimiyyətin ön plandadır. Müştəri sənə, sənə olan münasibətə və davranışlarına baxır, sadəcə şirkətin adına yox.
İnsanlar şirkət yox, şirkətin arxasındakı insanı tanıyır. Sənin dürüstlüyün, operativliyən, problemlərə yanaşman və insanlara olan hörmətin – bu, müştərilərin yaddaşında qalır.
İllər keçdikcə bu davranışlar və münasibətlər bir simvola, yəni brendə çevrilir. Yəni, brend sənin imzan olana qədər, sənin adın brendin önündə dayanmalıdır.
Böyük şirkətlər və tanınmış brendlər də belə yaranır – əvvəlcə insan, sonra isə o insanın yaratdığı etibar və davranışlar brendə çevrilir.
Əgər sən öz işində səmimi və məsuliyyətlidirsənsə, loqotip və reklamdan çox, bu səmimiyyət sənə davamlı müştəri qazandıracaq.





































