Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"

Baxış: 117
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"


Meyxanaçı Xosrov Maştağalı həmkarı Rəşad Dağlı ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Sənətçi bildirib ki, Rəşad Dağlı ilə əlaqələri davam edir və onunla vaxtaşırı telefon vasitəsilə danışırlar. Xosrov Maştağalının sözlərinə görə, meyxanaçı dostlarını unutmur və onun vəziyyəti ilə daim maraqlanırlar.

O qeyd edib ki, toy məclislərində toplanan şabaşlardan müəyyən məbləğ ayrılır və bu vəsait həmkarlarının adından Rəşad Dağlıya göndərilir.

Xosrov Maştağalı bildirib ki, bu addım dostluq və həmrəylik nümunəsi kimi atılır və meyxanaçılar bu məsələdə birlik nümayiş etdirirlər.

Onun açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər meyxanaçıların həmkarlarına göstərdikləri dəstəyi yüksək qiymətləndirərək müxtəlif fikirlər səsləndiriblər.(milli.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.