Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - FOTO

Baxış: 393
Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin “1071 Malazgit meydan müharibəsi” əsəri doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, rəsm əsəri İstanbulun Üsküdar Bələdiyyəsinin “Üçüncü Nevməkan” tarixi binasının açılış mərasimində Türkiyə Prezidentinə təqdim olunub.
Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş, İstanbul valisi Ali Yerlikaya, Üsküdar Bələdiyyəsinin sədri Hilmi Türkmən və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə Prezident Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir daha Azərbaycan xalqına başsağlığı verib, hər platformada daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.
Yağlı boya ilə işlənmiş “1071 Malazgit meydan müharibəsi” əsəri Türkiyədə fəaliyyət göstərən rəssam Rafiq Əzizin ən böyük əl işlərindən biridir.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.