Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məşhur əsərin üzərindəki “Yalnız bir dəli çəkə bilər” qeydinin müəllifi müəyyən olunub - FOTO

Baxış: 344
Rəssam Edvard Munkun “Fəryad” əsərinin üzərində “Yalnız bir dəli çəkə bilər” adlı kiçik qeydin müəllifinin rəssamın özü olduğu ortaya çıxıb.
Bu barədə “New York Times” xəbər yayıb.
Uzun illər dünyanın ən tanınmış əsərlərindən birinin üzərindəki qeydin qalereyada narazı tamaşaçı tərəfindən yazıla biləcəyi düşünülürdü.
Lakin artıq rəsm əsərinə sahib olan Norveç Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyindəki kuratorlar mətnin həqiqətən rəssamın özü tərəfindən yazıldığına əmindirlər.
“Hazırda o, diqqətlə - hərf-hərf, söz-söz araşdırılıb və və hər cəhətdən Munkun yazısı ilə eyni olduğu ortaya çıxıb”, - deyə tarixçi May Britt Qyulenq  bildirib.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.