14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Məşhur azərbaycanlı caz müğənnisi Ülviyyə Rəhimova-Cons “Koroğlu” filmindən (1960) “Bana bana gəl” mahnısını yeni orijinal üslubda ifa edib.
Musiqiçi elektron fortepianoda özünü müşayiət etdiyi video “Instagram” səhifəsində yerləşdirilib.
Ü.Rəhimova-Cons Sahibkartv.Az-a açıqlamasında bəstəni belə bir atmosfer üslubunda ifa etmək fikrinin 2019-cu ildə, İordaniyada yaşadığı dövrdə gəldiyini söyləyib.
“Başımda bunu necə təqdim etmək istədiyimə dair aydın görüntü yarandı. Harmoniya, ritm və s.
2019-cu ilin oktyabrında Bakıya uçdum, konsertim var idi, orada bu mahnını musiqiçilərlə birlikdə ifa etdim. Sonra, 2020-ci ildə caz festivalına dəvət aldım, onu siyahıya saldım. Caz festivalı baş tutmadı və təəssüf ki, pandemiya musiqiçiləri toplamaq, həmçinin studiyada səs yazmaq planlarımı təxirə saldı. Ancaq çox yaxında bunu reallaşdıracağam”, - deyə o, bildirdi.
Müğənninin sözlərinə görə, mahnının ifa prosesi videoya kortəbii çəkilib.
“Dünən pianoda mənim, gitara da isə çox istedadlı musiqiçi Fərid Mailovun ifa etdiyi akustik musiqi ilə yüklədiyim video kortəbii alındı. Bunu çəkmək fikri Fəriddən gəldi və buna görə ona çox minnətdaram. Elə hesab edin ki məni dinləməyiniz üçün sizi otağa dəvət etmişəm. Bir də didjey ilə remiks etmək qərarına gəldik”, - deyə Ü.Rəhimova bildirib.
Yekunda o, hər zaman və ən çətin sınaqlar dövründə musiqinin insanlara faydalı təsir göstərdiyi fikrini dilə gətirdi.
Qeyd edək ki, Ü.Rəhimova-Cons Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. “Bəri Bax” vokal qrupunun (sonralar “Qaya”) solisti kimi çıxış edib. İsfar Sarabski, Ruslan Hüseynov, Elçin Şirinov və digər musiqiçilərlə əməkdaşlıq edib.
Müğənni “Caspian Jazz and Blues” (Bakı, 2002 “Kavkaz Jazz Festival” (Tbilisi, 2009), “Baku Jazz Festival” (Azərbaycan, 2016), “Black Sea Jazz Festival” (Batumi, 2017) və sair daxil olmaqla bir sıra caz festivallarında iştirak edib.
Bölməyə aid digər xəbərlər