Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Avroviziya-2021” fərqli formatda keçiriləcək

Baxış: 329
“Avroviziya” pərəstişkarları bu il də sevimli yarışmalarını ənənəvi formatda izləyə bilməyəcəklər.
“Vesti”nin məlumatına görə, bunu tədbirin təşkilat komitəsi bəyan edib.
Yarışmaya üç aydan bir qədər artıq vaxt qalıb və onun mütləq 18-22 may tarixlərində keçiriləcəyi qeyd edilib. Lakin müsabiqənin formatı barədə hələ də yekun qərar qəbul edilməyib.
“Hazırda tədbirin keçirilməsi üzrə üç variantı müzakirə edirik. İstənilən halda bütün iştirakçıların təhlükəsizliyi və sağlamlığı bizim üçün prioritetdir”, - deyə təşkilat komitəsindən bildirilib.
Birinci variant bütün iştirakçıların sosial məsafə saxlayaraq iştirakı, yarışma zamanı sağlamlığın və təhlükəsizliyin qorunması üçün ciddi tədbirlərin görülməsindən ibarətdir.
İkinci ssenari yalnız onlayn canlı çıxışların təşkilini, üçüncü format isə bütün iştirakçııların Rotterdam səhnəsində canlı ifasını, lakin konsertlərin tamaşaçılarsız keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, ötənilki yarışma pandemiya səbəbindən ləğv olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.