Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Reza Deqati Şuşadakı Cavanşir Xan Sarayının indiki vəziyyətindən dəhşətə gəlib - FOTO

Baxış: 331
Tanınmış fotoqraf Reza Deqati Şuşadakı Xurşidbanu Natəvanın yaşadığı Cavanşir Xan Sarayının yeni görüntülərini paylaşıb.
“Facebook”dakı paylaşımında məşhur fotoqraf ürək yanğısını belə ifadə edib:  
“1992-ci ildə Xurşidbanu Natəvanın yaşadığı evdə və sarayda oldum. O, məhz burada şeirlərinin bir qismini yazıb və Şuşanı su ilə təmin etmək üçün su kəməri tikməyi planlaşdırıb. Otağının pəncərəsinin qarşısında dayanarkən, onun şeirləri üçün haradan ilham aldığını anladım.
Cavanşir Xan Sarayı erməni qüvvələri şəhəri işğal edənədək, yəni 1992-ci ilin mayına qədər bir ev muzeyi kimi fəaliyyət göstərib. 2020-ci ilin dekabrında Şuşaya qayıdarkən mən az qala şoka düşdüm. Muzeyin içindəki hər şey talan edilmişdi və evin özü də qismən dağıdılmışdı. Evin həyəti isə donuz saxlama yerinə çevrilmişdi. Niyə?”











Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.