Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Arif Babayevin son ürək sözləri..."

Baxış: 233
"Arif Babayevin son ürək sözləri..."


"Sonuncu dəfə onunla may ayında, "Tarixin bir günü" verilişinin canlı efirinə qoşulması üçün zəng vuranda danışmışdım".

Bu sözləri jurnalist Könül Aypara Xalq artisti Arif Babayevin vəfatından sonra onunla bağlı xatirəsini bölüşərkən qeyd edib.

"Arif müəllim, dəyərlimizsiniz, sizin fikirləriniz gənc xanəndələr üçün önəmlidir" dedim. Ağır-ağır nəfəs alırdı, amma ürəklə danışırdı. Xırııtılı səslə, "muğamımızı qoruyun, incəsənətimizə hörmət edin, yoxdur dünyada" dedi. Bax belə. Son ürək sözləri. Son vida. Bir vaxtlar ürəkləri fəth edən mədəniyyətimizin fədaisi. Arif Babayev. Yeriniz cənnət olsun", - deyə o, paylaşımında qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.