Day, Month 00, Year
00: 00: 00 AM

2021-ci ilin mədəniyyət və incəsənət xərclərinin məbləği açıqlanıb

Gələn ilin dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə ayrılacaq vəsaitin miqdarı açıqlanıb.
Sahibkartv xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.
Gələn ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə 418 169 237 manat, mədəniyyət və incəsənət sahəsində fəaliyyətə 177 486 278manat, televiziya, radio və nəşriyyata 67 482 949manat, bədən tərbiyəsi və gənclər siyasətinə 53 958 941 manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üçün 119 241 069 manat vəsaitin ayrılması nəzərdə tutulur.


Tarix: 22-12-2020, 08:54 Oxunub: 168


Bölməyə aid digər xəbərlər